...

Bu il 500-dən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək

Cəmiyyət Materials 25 Sentyabr 2012 13:24 (UTC +04:00)
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində bu il 500 nəfərdən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək.
Bu il 500-dən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində bu il 500 nəfərdən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Novruzov qeyd edib ki, növbəti ildə dövlət xətti ilə daha çox tələbənin xaricə təhsil almağa göndərilməsi planlaşdırılır.

"Statistikaya baxsaq, aydın görmək mümkündür ki, bu il xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb. Ötən il tələbələrin sayı 421, ondan əvvəlki il 300-dən artıq idisə, bu il 500-dən artıqdırsa, növbəti ildə də xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının artacağı gözlənilir", - Novruzov deyib.

Xəbər lenti

Xəbər lenti