...

Gənclər Fondunun dəstəyi ilə "Biotexnologiya ilə ilk təmas" adlı tanışlıq səfəri başlayıb

Cəmiyyət Materials 1 Oktyabr 2012 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bu gün Almaniyanın Mannheym şəhərində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) təşkil etdiyi gənc bioloqlar və həkimlər üçün "Biotexnologiya ilə ilk təmas" adlı tanışlıq səfəri başlayıb.

Fonddan Trend-ə verilən məlumata görə, səfər Mannheym Tibb Fakültəsi, Mannheym Tətbiqi Elmlər Universiteti, Bakı Dövlət Universiteti və Həkimlər və Təbib Tələbələr Birliyinin əməkdaşlığı ilə hazırlanıb. Oktyabrın 6-dək davam edəcək səfərin məqsədi azərbaycanlı gənclər arasında biotexnologiya elminin təbliği və onların dünyanın inkişaf etmiş ölkələrində ixtisaslaşma imkanları qazanmalarına dəstək verməkdir.

Tanışlıq səfəri müddətində iştirakçılar Mannheym Tətbiqi Elmlər İnstitutu (www.hs-mannheim.de), Nano Elm və Texnologiya İnstitutu (http://www.nsti.org), Alman Elmi Tədqiat Xərçəng Mərkəzində (www.dkfz.de) yerləşən müasir laboratoriyalarla tanış olacaq, tanınmış mütəxəssislərin mühazirələrini dinləyəcəklər. Səfər dövründə iştirakçılara prof. Verner, prof. Kioşis, prof. Frex, prof. Viderman, prof. Hafner, prof. Mak tərəfindən biotexnologiyanın müasir problemlərinə həsr olunmuş mühazirələr veriləcək.

Bundan əlavə, Bakı Dövlət Universitetinin professorları R.Həsənov və X.Qənbərov ilə gələcək universitetlərarası əməkdaşlıq müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti