Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Bakı Dövlət Yol Polisi sürücüləri paytaxtın ərazisində yağan leysanla əlaqədar ehtiyatlı olmağa çağırır. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar günü Trend-ə bildirib.
İdarədən həmçinin xəbərdarlıq olunur ki, şəxsi avtomobillərində nasaz şüşə silən olan sürücülər avtomobili sürməkdən kənarlaşdırılacaqlar.