...

Azərbaycanda teleradio yayımçılarında aparılmış monitorinqlərin nəticələri açıqlanacaq

Cəmiyyət Materials 15 Oktyabr 2012 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Televiziya və Radio Şurasında (MTRŞ) teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində aparılmış monitorinqlərin nəticələri açıqlanacaq. Bu barədə bazar ertəsi Trend-ə Şuradan məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində monitorinqlər aparılıb.

Monitorinqlərin nəticələrinin müzakirəsinin teleradio yayımçılarının nümayəndələrinin işirakı ilə keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti