...

"KredAqro"nun vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 19 Oktyabr 2012 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

"KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, filialın sabiq müdiri Nəsimi Əliyev və filialın bəzi əməkdaşları tərəfindən 2010-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayınadək olan dövr ərzində ciddi qanun pozuntularına yol verilərək ayrı-ayrı vətəndaşların adlarına saxta sənədlər əsasında qanunsuz olaraq kreditlər verilib.

"KredAqro" bank olmayan kredit təşkilatının Şəki filialının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti