...

DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi vəzifəsindən azad edilib

Cəmiyyət Materials 10 Noyabr 2012 12:59 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi tutduğu vəzifədən azad edilib.
DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi tutduğu vəzifədən azad edilib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, sözügedən məktəbin rəisi, polis polkovniki Əli İbrahimov ailə vəziyyəti ilə əlaqədar daxili işlər naziri Ramil Usubova raportla müraciət edərək tutduğu vəzifədən azad olunmasını xahiş edib.

Nazir Usubovun əmri ilə İbrahimov tutduğu vəzifədən azad edilib və sərəncama götürülüb.

Hazırda həmin məktəbə yeni rəis təyin olunmayıb və rəisin səlahiyyətlərini müvəqqəti olaraq rəis müavini icra edir.

Zahidov İbrahimovun rüşvət hadisəsi ilə əlaqədar nazirin əmri ilə işdən azad olunması barədə mətbuatda yayılan məlumatların həqiqətəuyğun olmadığını deyib və həmin məlumatları təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti