...

Ukrayna Ali Radasında Azərbaycan tolerantlıq nümunəsi kimi təqdim olunub (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2012 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Ukrayna Ali Radasında keçirilən tədbir zamanı Azərbaycan tolerantlıq nümunəsi olan ölkə kimi təqdim olunub.

Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bazar ertəsi Trend-ə bildirilib ki, Ali Radada təşkil olunan "Ukraynada neofaşizm: mif, yoxsa reallıqlar" mövzusunda keçirilən dəyirmi masada irqçilik, ksenofobiya ilə mübarizə müzakirə olunub.

Dəyirmi masada çıxışı zamanı UAK sədri Rövşən Tağıyev bildirib ki, ksenofobiya, irqçilik, terrorizmin təşviqi heç zaman heç bir siyasi qurum üçün alətə çevrilə bilməz.

O, Azərbaycanda mövcud olan tolerantlığın bir çox ölkələr üçün nümunə olduğunu bildirib.

"Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində ayrı-seçkilik olmayıb", - Tağıyev vurğulayıb.

O həmçinin bildirib ki, irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə Azərbaycana yad olub.

"Azərbaycanda formalaşmış tolerantlıq cəmiyyəti səciyyələndirən gözəl bir ənənəyə çevrilib", - Tağıyev qeyd edib.

Dəyirmi masa zamanı Ukraynanın millət vəkili Vadim Kolesniçenko qeyd edib ki, Ukraynada bir sıra müxalif partiyalar faşizmin qəhramanlaşdırılması iddiaları ilə çıxış edirlər.

"İnsan haqları üzrə beynəlxalq komitə" İctimai Birliyinin sədri İqor Danilov isə Ukraynada bütün neonasist, neofaşist təşkilatlarının fəaliyyətinin qanunvericiliklə qadağan olunması təklifi ilə çıxış edib.

Ukrayna Milli Elmlər Akademiyasının Hüquq ,İnstitutunun elmi işçisi Mixail Tovt çıxışında qeyd edib ki, ölkədə KİV-lərdə neofaşist, ksenofobiya, irqçilik mövzularının araşdırılması ilə bağlı müvafiq qurum yaradılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti