...

Bakıda Ukraynada təhsil imkanları və perspektivləri layihəsinin təqdimatı keçirilib

Cəmiyyət Materials 15 Noyabr 2012 12:58 (UTC +04:00)
Hilton hotelində "Azad Azərbaycan" televiziya kanalında efirə gedəcək "Missiya - tələbə" layihəsinin təqdimat mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.
Bakıda Ukraynada təhsil imkanları və perspektivləri layihəsinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Hilton hotelində "Azad Azərbaycan" televiziya kanalında efirə gedəcək "Missiya - tələbə" layihəsinin təqdimat mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib. Layihədə Azərbaycanın müxtəlif məktəblərindən seçilmiş 40 nəfər gənc iştirak edəcək. Müsabiqə əsasında seçilmiş gənclər Ukraynada olduqları müddətdə ölkənin dörd şəhərinin (Kiyev, Xarkov, Odessa və Poltova) ali təhsil ocaqlarına getmiş və təhsil prosessi ilə tanış olmuşlar. İntellektual şouda qalib gəlmiş məktəbli layihədə iştirak etmiş Ukrayna universitetlərinin birində təhsil almaq imkanı əldə edəcək. Bugünə olanuniversitelər bunlardır - Şevçenko adına Dövlət Universiteti, Dövlət Aviasiya Universiteti, Karazin adına Xarkov Universiteti, Odessa Dövlət Politexnik Universiteti və Kondratük adına Poltava texniki universitetidir.

Mətbuat konfransında iştirak edən Azərbaycan Gənclər Fondunun aparatının rəhbəri Faiq Qurbətov, Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi və Ukrayna ali təhsil ocaqlarının nümayəndələri layihənin verəcəyi töhfə və hazırda Ukraynada təhsil almağın imkanları haqqında danışıblar.
"Qeyd olunan layihə formatına görə çox maraqlı və intellektualdır. Bu layihəni dəstəkləyənlərdən biri də Azərbaycan Gənclər fondudur. Bugün Ukraynada çoxlu sayda həmtəvətənlərimiz təhsil alır. Bu isə deməkdir ki, iki ölkə arasında təhsil sahəsində böyük əməkdaşlıq var. Biz gələcəkdə də bu tipli və ümumiyyətlə təhsil sahəsində öz dəstəyimizi verəcəyik", - deyə Azərbaycan Gənclər Fondunun aparatının rəhbəri Faiq Qurbətov bildirib.

Tədbirdə iştirak edən Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni - hümanitar və informasiya məsələləri üzrə üçüncü katibi Yuriy Lupey iki ölkə arasında təhsil və humanitar sahəsindən tərəfdaşlığın əhəmiyyətindən danışıb. "Ukrayna və Azərbaycan bütün sahələrdə olduğu kimi humanitar və təhsil sahəsində də mühüm partnyorluq əlaqələrinə malikdirlər. Hazırda Ukraynanın Azərbaycanın Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq edirlər. Bu baxımdan cari ili uğurlu hesab edirəm".

Tədbirdə, həmçinin Ukraynanın təhsil və elm, gənclər və idman nazirliyinin nəzdində olan "İnformasiya-İmic Mərkəzi"-nin direktoru Viktoriya Sergiyenko "Missiya - tələbə" layihəsi və Ukraynadakı təhsil haqqında danışıb. "Son illər Ukraynada xarici tələbələrin sayı artmaqdadır, o cümlədən azərbaycanlı tələbələr. Bu isə deməkdir ki, iki ölkə arasında təhsil sahəsində inkişaf sürətlə gedir. Efirə gedəcək "Missiya - tələbə" televiziya layihəsi də Ukrayna ilə tanışlıq öz töhfəsini verəcək. Ukrayna çox tolerant, təhlükəsiz ölkədir və haradakı, insan özünü rahat hiss edir. Odur ki, hamını Ukraynada təhsil almağa dəvət edirəm"
ATV kanalının nümayəndəsi Vado Korovin bildirib ki, bu formatlı tele layihə Azərbaycanda ilk dəfədir ki, nümayiş olunacaq. " "Missiya-tələbə " layihəsi özündə 40 nəfər məktəblini müsabiqə əsasında birləşdirən bir intellektual verilişdir. Şounun formatı Ukraynanın Euromedia və ATV kanalı ilə birgə hazırlanıb. Veriliş noyabr ayının 17-də saat 18:00-da "Azad Azərbaycan" televiziya kanalında yayımlanmağa başlayacaq" - deyə V. Korovin qeyd edib.

Tədbirdə Ukrayna universitetlərinin nümyəndələri də iştirak edib. "T. Şevçenko adına Kiyev Dövlət Universiteti dünyada ən yaxşı universitetlərdən biri hesab olunur. Dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan olan məhşur insanlar məhz bu ali təhsil ocağını bitiriblər. Hazırda biz sizin ölkənin iki məhşur universiteləri idə əməkdaşlıq edirik", - T. Şevçenko adına adına Kiyev Dövlət Universitetinin informasiya araşdırmaları və ictimaiyyətlə əlaqələr idarəsinin informasiya təchizatı sektorunun rəhbəri Nataliya Korotenko bildirib.

Tədbirdə çıxış edən Ukrayna Dövlət Aviasiya Universitetinin xarici tələbələrlə iş fakültəsinin dekanı Aleksandr Sidorenko aviasiya universiteti sovet dönəmindən sonra yegənə ali təhsil ocaqlarındandır ki, öz köhnə müəllim-professor heyətini və təhsil bazasını qoruyub saxlaya bilib. "Bizim universitetdə ukrayna, rus və ingilis dillərində mümkündür və hazırda dünyanın ən güclü universitetlərindən biridir. Həmçinin digər universitetlər ilə sıx əməkdaşlıq sayəsində müəllim mübadiləsi də aparırıq ki, bu da tələbələrimizin daha keyfiyyətli təhsil almaq imkanı yaradır"
Tədbirdə həmçinin "Missiya -tələbə" layihəsinin iştirakçısı 6 saylı orta məktəbin 11-ci siinif şagirdi Nizafət Katibli layihə haqqında öz təəssüratlarını bölüşüb. "Bizim məktəbə gəlib layihə haqqında elan etdikdə mən qatılmaq istədim və qatıldım. İndi çox sevinirəm. Layihə çərçivəsində bizi Ukraynaya səfər etdik. Bizi orada çox isti qarşıladılar. Biz orada Ukraynanın müxtəlif universitetlərində olduq, lakin mənə daha çox Aviasiya universitetin köhnədən saxlanılmış təyyarələr olan anqarı maraqlı gəldi. Mən Ukraynada çoxlu dost tapdım, hansılarnan ki, indi də internet vasitəsilə əlaqə saxlayıram. Ümumiyyətlə ukrayna xalqı bizim kimi çox mehriban xalqdır" - layihənin iştirakçısı bildirib.
Tədbirin sonunda layihə ərzində azərbaycanlı məktəblilərin Ukraynaya səfərləri haqqında çəkilmiş qısa video çarx nümayiş olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti