...

Bakı şəhər prokurorluğu Karlar Cəmiyyətinin ofisindəki silahlı insidentlə bağlı məlumat yayıb

Cəmiyyət Materials 15 Noyabr 2012 16:50 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bəzi KİV-lərdə Cəmiyyətin Yasamal rayonu ərazisində yerləşən ofisində cinayət işi üzrə ifadə almaq üçün oraya getmiş Səbail rayon prokurorluğunun müstəntiqi Allahyar Əliyevlə həmin cəmiyyətin sabiq direktoru Ayaz Məmmədov arasında mübahisə yaranması və Məmmədovun üzərində gəzdirdiyi tapançadan müstəntiq Əliyevə atəş açmaqla onu öldürməyə cəhd göstərməsi barədə yayılan informasiyalar yayılıb.
Bakı şəhər prokurorluğu Karlar Cəmiyyətinin ofisindəki silahlı insidentlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər prokurorluğu Karlar Cəmiyyətinin Yasamal rayonu ərazisində yerləşən ofisindəki silahlı insidentlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bəzi KİV-lərdə Cəmiyyətin Yasamal rayonu ərazisində yerləşən ofisində cinayət işi üzrə ifadə almaq üçün oraya getmiş Səbail rayon prokurorluğunun müstəntiqi Allahyar Əliyevlə həmin cəmiyyətin sabiq direktoru Ayaz Məmmədov arasında mübahisə yaranması və Məmmədovun üzərində gəzdirdiyi tapançadan müstəntiq Əliyevə atəş açmaqla onu öldürməyə cəhd göstərməsi barədə informasiyalar yayılıb.

Bildirilir ki, noyabrın 14-də saat 18:00 radələrində Səbail rayon prokurorluğunun böyük müstəntiqi Allahyar Əliyev icraatında olan cinayət işi üzrə məhkəmə qərarına əsasən həmin Cəmiyyətin 1 saylı müəssisəsində Cəmiyyətin əməkdaşlarının iştirakı ilə istintaq hərəkəti yerinə yetirərkən müəssisənin sabiq direktoru Ayaz Məmmədov istintaq hərəkətinə etiraz əlaməti olaraq müstəntiq tərəfindən tərtib olunmuş protokola imza etməkdən imtina edib.

Məmmədov ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə qanunsuz olaraq əldə edib gəzdirdiyi "BROVNING" markalı tapançadan atəş açıb. Məmmədov orada olan şəxslər tərəfindən zərərsizləşdirilib və ondan bir ədəd tapança, on iki ədəd güllə, bir ədəd giliz götürülüb. Baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin, hadisə zamanı müstəntiq Əliyevlə Məmmədov arasında hər hansı bir mübahisə yaranmayıb.

Fakta görə həmin tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən Ayaz Məmmədov tutularaq istintaqa cəlb olunub.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi, Məmmədovun nə məqsədlə odlu silah əldə edib ondan atəş açması və digər məsələlər üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti