...

Türkiyə istehsalı olan ilk təyyarə "Türkquşu" adlandırılacaq

Cəmiyyət Materials 22 Noyabr 2012 14:32 (UTC +04:00)
Bir neçə il ərzində yaradılması planlaşdırılan Türkiyə istehsalı olan ilk təyyarə "Türkquşu" adlandırılacaq.
Türkiyə istehsalı olan ilk təyyarə "Türkquşu" adlandırılacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Tağıyeva/

Bir neçə il ərzində yaradılması planlaşdırılan Türkiyə istehsalı olan ilk təyyarə "Türkquşu" adlandırılacaq. Bu barədə Trend cümə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.

Təyyarənin adı Türkiyə Aviasiya Assosiasiyasının saytında keçirilən müsabiqənin nəticələri əsasında seçilib. Altı ay ərzində istənilən şəxs təyyarənin adı ilə bağlı təklif verib, sonra isə sayt ziyarətçiləri arasında keçirilən səsvermə yolu ilə "Türkquşu" adı seçilib.

Təyyarənin hazırlanmasının 2014-cü ildə başa çatması gözlənilir. Həmin ildə təyyarənin istismara verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti