...

Azərbaycan sinoptiklərindən meteohəssas insanlara xoş hava vədi

Cəmiyyət Materials 10 Dekabr 2012 13:49 (UTC +04:00)
Dekabrın 11-dən 13-dək Abşeron yarımadasnda iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amil hesab olunacaq.
Azərbaycan sinoptiklərindən meteohəssas insanlara xoş hava vədi

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 11-dən 13-dək Abşeron yarımadasnda iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amil hesab olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 11-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti