...

Dindarlar ulu öndərin xatirəsini anıblar

Cəmiyyət Materials 12 Dekabr 2012 16:29 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və mərkəzi aparatın əməkdaşları ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib, ulu öndərin məzarı önünə əklil və tər güllər qoyublar.
Dindarlar ulu öndərin xatirəsini anıblar

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və mərkəzi aparatın əməkdaşları ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib, ulu öndərin məzarı önünə əklil və tər güllər qoyublar.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsılmanları İdarəsinin təşəbbüsü və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən dini icmaların iştirakı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə tədbirlər təşkil edilib. Dövlət Komitəsinin bölgə şöbələrinin təşəbbüsü ilə baş tutan tədbirlərdə dini icma rəhbərləri, dindarlar və ictimaiyət nümayəndələri iştirak ediblər.

Paytaxt Bakı və Sumqayıt şəhərləri daxil olmaqla, analoji tədbirlər Gəncə (Qərb bölgəsi), Lənkəran (Cənub bölgəsi), Zaqatala (Şimal-Qərb bölgəsi), Beyləqan (Qarabağ bölgəsi), Ağdaş (Şirvan bölgəsi), Quba (Şimal bölgəsi) şəhərlərində baş tutub.

Anım tədbirlərində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, xüsusən də dini sahəyə olan qayğısından söz açılıb, Azərbaycandakı müasir tolerantlıq mühitinin və sabitliyin formalaşmasının məhz onun müdrik, məqsədyönlü siyasətinin nəticəsində bərqərar olduğu vurğulanıb. Qeyd edilib ki, hazırda dini sahəyə dövlət qayğısı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirlərdə dindarlar tərəfindən ulu öndərin ruhuna dualar edilib, Qurani-Kərimdən surələr oxunub, məscidlərdə ehsan süfrələri açılıb, dahi rəhbərin adına xütbə və moizələr oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti