Bakının bir hissəsinə içməli su fasilələrlə veriləcək

Cəmiyyət Xəbər 13 Dekabr 2012 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Bakı şəhərinin rayonlarına verilən içməli suyun həcminin dəqiqləşdirilməsi məqsədilə magistral su kəmərləri üzərində sayğacların quraşdırılması işləri həyata keçirilir.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Xətai və Nizami rayonlarında aparılacaq quraşdırma işləri ilə əlaqədar dekabrın 14-də həmin rayonların bir hissəsinə - Babək prospekti, NZS və Keşlə qəsəbəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti