...

“Azərlotereya” ASC tərəfindən yeni lotereya oyunları keçiriləcək

Cəmiyyət Materials 26 Dekabr 2012 13:39 (UTC +04:00)

"Azərlotereya" ASC tərəfindən Yeni İl bayramı ilə əlaqədar bir sıra lotereya oyunları keçirilir.

Lotereya həvəskarları bu gün - dekabrın 26-da "Space" telekanalında yayımlanacaq "Yeni il Sevincləri" lotereyasında "KİA Rio" və "Hyundai Santa Fe" qazanmaq şansı əldə edəcəklər.

Bundan başqa, dekabrın 28-də AzTV-də yayımlanacaq "Qış Möcüzəsi" və 2012-ci ilin son günündə - dekabrın 31-də keçiriləcək "Super Binqo" lotereya oyunlarının iştirakçıları "Dodge Durango", "KİA Optima" və "Volkswagen Passat" avtomobillərini qazanmaq imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti