...

Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 10 Yanvar 2013 11:03 (UTC +04:00)
Bakıdakı qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın yol polisi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə cümə axşamı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir M.Əliyev/

Bakıdakı qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın yol polisi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə cümə axşamı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, yarana biləcək tıxacların qarşısının alınması üçün yol polisi nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə müvafiq tədbirlər həyata keçirəcək.

Əsədov bildirib ki, belə hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, bu gündən ölkə ərazisində havanın temperaturu kəskin enib, Bakıda qar yağır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti