...

Bu il Azərbaycanın 3 rayonunda axıska türkləri üçün evlər tikiləcək

Cəmiyyət Materials 11 Yanvar 2013 11:54 (UTC +04:00)
2013-cü ildə Azərbaycanın Saatlı, Oğuz və Beyləqan rayonlarında axıska türkləri üçün 142 mənzil tikiləcək.
Bu il Azərbaycanın 3 rayonunda axıska türkləri üçün evlər tikiləcək

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

2013-cü ildə Azərbaycanın Saatlı, Oğuz və Beyləqan rayonlarında axıska türkləri üçün 142 mənzil tikiləcək. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirədə bildirib.

"Axıska türkləri ölkənin müxtəlif ərazilərində məskunlaşıblar, vaxtı ilə yaşayış üçün yaramayan yerlərdə qalıblar. Azərbaycan dövləti yerli məcburi köçkünlərlə 3-cü ölkədən olan qaçqınlara fərq qoymur. Onlardan biri də 1992-ci ildə Özbəkistanda baş vermiş milli münaqişə nəticəsində Azərbaycana gəlmiş axıska türkləridir", - Həsənov deyib.

Onun sözlərinə görə, son 10 ildə axıska türkləri üçün 352 ev tikilib, 2012-ci ildə 15 ev inşa edilib.

Həsənov müşavirədə bu il üçün nəzərdə tutulan bütün tikinti işlərinin avqust-sentyabr aylarına kimi tamamlanmasını ciddi şəkildə tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti