...

Gürcüstan azərbaycanlıları şeyxə etimad göstərmirlər

Cəmiyyət Materials 16 Yanvar 2013 20:32 (UTC +04:00)
Azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda (Kvemo Kartli bölgəsi, Gürcüstanın şərqi) baş məscidə toplaşan yerli sakinlər şeyx Vaqif Əkbərova etimad göstərmədiklərini bildiriblər.
Gürcüstan azərbaycanlıları şeyxə etimad göstərmirlər

Gürcüstan, Tbilisi, 16 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda (Kvemo Kartli bölgəsi, Gürcüstanın şərqi) baş məscidə toplaşan yerli sakinlər şeyx Vaqif Əkbərova etimad göstərmədiklərini bildiriblər.

Trend-in məlumatına görə, aksiya iştirakçıları bəyan ediblər ki, Müsəlmanlar Şurası ötən həftə Vaqif Əkbərovun əvəzinə Mirhüseyn Əsədovu yeni şeyx seçib. Buna baxmayaraq, Əkbərov hələ də özünü Gürcüstan müsəlmanlarının dini lideri hesab edir və Tbilisidəki baş məsciddən çıxmır.

Aksiya iştirakçıları yeni seçilmiş şeyxə Gürcüstan müsəlmanlarının dini liderinin öhdəliklərini yerinə yetirmək imkanının verilməsini tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti