...

Azərbaycanda nikahların sayı azalıb, boşanmalar isə artıb

Cəmiyyət Materials 18 Yanvar 2013 15:27 (UTC +04:00)
Azərbaycanda ötən il qeydə alınan nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.
Azərbaycanda nikahların sayı azalıb, boşanmalar isə artıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ötən il qeydə alınan nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2012-ci ildə 79,3 min nəfər nikah bağlayıb ki, bu da 2011-ci illə müqayisədə 8800 nəfər azdır.

Boşananların sayı isə ölkədə il ərzində 11 min nəfər təşkil edib.

Qeyd edək ki, boşananların sayı artıq neçə illərdir ki artır. Belə ki, 2011-ci ildə 10,7 min nəfər (2012-ci ilə nisbətən 300 nəfər az), 2010-cu ildə isə 8,9 min nəfər boşanmışdı.

Ölkədə doğulan uşaqlar arasında isə tədricən oğlanların çox olması özünü büruzə verir. Belə ki, ötən il doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Körpələrin 2176-sı əkiz, 39-u üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti