...

Qırğızıstanda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi kecirilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2013 16:03 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkək şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi İctimai Birliyi ilə birlikdə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi kecirilib.
Qırğızıstanda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi kecirilib (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkək şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi İctimai Birliyi ilə birlikdə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi kecirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Qırğızıstanda yaşayan soydaşlarımız, Azərbaycan diasporunun fəal üzvləri, iş adamları iştirak ediblər.

Tədbirin açılışından əvvəl müşavir İlqar Cabbarov səfirlikdə toplaşan mərasim iştirakçılarını Azərbaycan xalqının silinməz qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə dəvət edib. Anım mərasiminin davamı olaraq Cabbarov tədbir iştirakçılarına Qara Yanvar faciəsi haqqında ətraflı məlumat verib və qeyd edib ki, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub, bu faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib.

Tədbir iştirakcıları öz cıxışlarında 1990-ci il yanvarın 20-də Sovet qoşunlarının Azərbaycan xalqına qarşı amansızcasına törətdiyi faciəni pisləyib və bu cinayətləri törətmiş şəxslərin hələ də bu günə kimi öz layiqli cəzalarını almadıqlarını vurğulayıblar.

Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş Azərbaycanın "Lider" telekanalının istehsalı olan "Qanlı Yanvara aparan yol" sənədli filmi nümayiş etdirilib, səfirlik tərəfindən fotosərgi və 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Səfirlik tərəfindən ehsan verilib və şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən hazırlanmış xüsusi press-reliz Xarici İşlər Nazirliyi, ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, ölkənin dövlət orqanları, ölkədə fəaliyyət göstərən aparıcı qəzet redaksiyalarına, informasiya agentliklərinə və televiziya kanallarına yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti