Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda qadınları fahişəliyə cəlb edən şəxs saxlanılıb.
Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Gəncə şəhər sakini Nərgiz Musayevadır.
O, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.