Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/
Sərxoş sürücülərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində xüsusi qrup yaradılıb. Bu barədə Trend-ə İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, qrup gecə saatlarında sərxoş sürücülərə qarşı mübarizə ilə bağlı reydlər aparıb.
Son 20 gün ərzində aparılmış reydlər zamanı Bakıda 110 sərxoş sürücü saxlanılıb və barələrində müvafiq inzibati tədbirlər həyata keçirilib.