...

TQDK yeni "İnformatika" vəsaiti hazırlayıb

Cəmiyyət Materials 12 Fevral 2013 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni "İnformatika" vəsaiti hazırlayıb.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, vəsait tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün nəzərdə tutulub.İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti