...

Ramil Usubov vətəndaşları qəbul edib

Cəmiyyət Materials 9 Mart 2013 16:41 (UTC +04:00)
Vətəndaşların ərizə və şikayətlərinə operativ baxılmasına, müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum tələb və tapşırığına uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar martın 9-da Bərdə şəhərində növbəti qəbul keçirib.
Ramil Usubov vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 9 mart /Trend/

Vətəndaşların ərizə və şikayətlərinə operativ baxılmasına, müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum tələb və tapşırığına uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar martın 9-da Bərdə şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin gün rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Xocalı şəhər və rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 30 vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qalan müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti