Azərbaycan, Bakı, 18 mart /Trend/
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorundan Trend-ə bildiriblər ki, nəzərdə tutulan qrafikə əsasən, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək başa çatdırılması planlaşdırılırdı. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam yekunlaşıb və 175 milyon manat pensiyaçıların hesablarına köçürülüb.
Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb.
2013-cü il yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edib. Onlardan 63 faizi yaşa, 26,6 faizi əlilliyə, 10,4 faizi isə ailə başcısını itirməyə görə əmək pensiyası alır.
Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi başa çatıb
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb.
