...

Azərbaycanda sərxoş və sürücülük hüququ olmadan yol qəzaları törədənlərə qarşı cəzalar daha da sərtləşdirilir

Cəmiyyət Materials 5 Aprel 2013 13:03 (UTC +04:00)
Azərbaycanda sərxoş və sürücülük hüququ olmayan şəxslər tərəfindən yol qəzaları törədənlərə qarşı cəzalar sərtləşdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Azərbaycanda sərxoş və sürücülük hüququ olmadan yol qəzaları törədənlərə qarşı cəzalar daha da sərtləşdirilir

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev /

Azərbaycanda sərxoş və sürücülük hüququ olmayan şəxslər tərəfindən yol qəzaları törədənlərə qarşı cəzalar sərtləşdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Məcəlləyə "Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma" adlı 263-1-ci maddənin əlavə olunması barədə qanun layihəsi hazırlanıb.

Həmin dəyişiklikdə nəzərdə tutulur ki, yol qəzaları alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda

-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda -

dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-

beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -

beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 264-cü maddəsinə təklif olunan dəyişiklikdə isə nəzərdə tutulur ki, həm sərxoş vəziyyətdə, həm sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edən halda, həm də bu hallar olmadan yol qəzası törətmiş sürücü zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmişsə, o, qəza yerindən qaçmış şəxs hesab edilmir.

Yəni həmin sürücü CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətindən azad ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti