...

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə stolüstü oyunlar turniri keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2013 14:24 (UTC +04:00)
Nizami rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə ağsaqqallar arasında stolüstü oyunlar turniri keçirilib.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə stolüstü oyunlar turniri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Nizami rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə ağsaqqallar arasında stolüstü oyunlar turniri keçirilib.

Müasir Azərbaycan dövlətinin xilaskarı və banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Nizami rayon İcra Hakimiyyətilə birgə rayon ağsaqqalları arasında stolüstü oyunlar turniri keçirib.

Turnirin açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı yolunda həyata keçirdiyi tarixi missiyadan söz açıb. Millət vəkili sonra ağsaqqalların Azərbaycan cəmiyyətindəki yeri və rolundan danışıb. Sədaqət Vəliyeva deyib ki, ağsaqqallar hər zaman dövlətçiliyi müdafiə edib və bundan sonra da edəcək: "Respublika Ağsaqqallar Şurasının Prezident İlham Əliyevin namizədliyinin növbəti dəfə irəli sürülməsi üçün müraciət ünvanlaması bir daha onların Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirir".

Çıxış edən Nizami rayon Ağsaqqal Şurasının sədri Mayıl Əliyev onlar üçün yaradılmış şəraitə görə, dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Həmçinin vurğulayıb ki, ağsaqqallar qarşıdan gələn seçkilərdə də aktiv olacaq və bugünkü sabitliyin, dinamik inkişafın davamlı olması üçün fəallıq nümayiş etdirəcəklər.

Sonra turnirə start verilib.

Qeyd edək ki, turnirdə nərd, dama və domino üzrə yarışlar keçirilib.

Turnir başa çatdıqdan sonra hər bir oyun üzrə I, II və III yerlərin qalibləri mükafatlandırılıb, onlara xatirə hədiyyələri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti