Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Uzun müddət davam edən anomal hava şəraitindən sonra mayın 7-i axşamdan başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yaxın 2-3 gün ərzində temperaturun tədricən 5-10 dərəcə enəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bazar ertəsi Trend-ə bildirib ki, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Günün ikinci yarısında şimal küləyinin güclənəcəyi gözlənilir. Gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Uuzn müddət davam edən anomal hava şəraitindən sonra mayın 7-də və 8-də Abşeron yarımadasında hava şəraitinin təzadlı keçməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Mayın 9-da gündüz və 10-da biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
Məmmədova deyib ki, mayın 7-də günün ikinci yarısından bəzi şimal və qərb rayonlarından, axşam isə əksər rayonlarda hava şəraitinin dəyilicəəyi, şimşək caxaçağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 10-15, gündüz 25-30 dərəcə isti olacaq.