...

"Azəryolservis" ASC-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə sərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 8 May 2013 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən silsilə tədbirlər keçirilir. Tədbirlərin davamı olaraq mayın 8-də "Azəryolservis" ASC-də sərgi təşkil olunub.

Sərgidə çıxış edən "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü misilsiz işlər barədə geniş məlumat verib.

Qeyd olunub ki, onun diqqət və qayğısı sayəsində bir çox sahələrlə yanaşı, yol infrastrukturu da böyük inkişaf yolu keçib. Təkcə İpək Yolunun bərpası layihəsini xatırlatmaq kifayətdir ki, bu beynəlxalq əhəmiyyətli layihənin reallaşması ümummilli liderin adı ilə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Tarixi İpək Yolunun bərpasına həsr edilmiş konfrans 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilib. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda Avropa-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi haqqında Bakı Bəyannaməsi qəbul olunub.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkə başçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Respublikamızda aparılan düzgün iqtisadi siyasətin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, yol təsərrüfatında da dinamik inkişaf tendensiyası aydın gözə çarpır.

Dövlət başçımızın respublikaya rəhbərlik etdiyi dövrlərdə bu sahədə böyük dəyişikliklər baş verib, böyük naliyyətlər əldə olunub.

Daha sonra isə sərgiyə baxış keçirilib. Sərgidə ulu öndər Heydər Əliyevin hakimiyyətdə olan dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlar, ümummilli liderin uzaqgörən siyasətini əks etdirən kitablar, fotoşəkillər və videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti