...

Gürcüstanda yaşayan azərbaycanlı gənclər Şuşanın işğalının 21 ildömünü anıblar (FOTO)

Cəmiyyət Materials 12 May 2013 00:45 (UTC +04:00)
Mayın 11-də AMM-nin Gənclər şöbəsinin təşkili ilə Marneulidə Şuşanın işğalı ilə bağlı tədbir keçirilib.
Gürcüstanda yaşayan azərbaycanlı gənclər Şuşanın işğalının 21 ildömünü anıblar (FOTO)

Azərbaycan, Bakı, 11 may / Trend /

Mayın 11-də AMM-nin Gənclər şöbəsinin təşkili ilə Marneulidə Şuşanın işğalı ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin məsul işçisi Qurban Abbasov, SOCAR-Georgia Şirkətinin əməkdaşı Orxan Həsənov, eləcə də azərbaycanlı gənclər iştirak etdilər.

Tədbirdə Qarabağda şəhid olanların xatirəsini bir dəqiqəlik sükütla yad edilib. Tədbiri giriş sözü ilə açan AMM-nin "Gənclər şöbəsi"nin rəhbəri Nərgiz Əliyeva açaraq Şuşanın işğalı haqqında danışıb. O, qeyd edib ki, Şuşa Qarabağın ən gözəl şəhərlərindən biri idi, Şuşa bizim mədəniyyət beşiyimizdir, xalqımızın mədəniyyət tarixinə əvəzolunmaz ismlər yetişdirən bu torpaq həm də zəngin mədəniyyət abidələri ilə də seçilib.

"Təəssüflər olsun ki, işğalçılar bizim mədəniyyət abidələrimizi dağıdıb, torpaqlarımızı talan edib, vandalizm aktları törədiblər. Bununla onlar bizim tarixi izlərimizi silmək istəyib, amma tarixi silmək olmur, Qarabağ əzəli Azərbaycan torpağıdır və gün gələcək ki, biz ora qayıdacağıq, biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər də o torpaqları ziyarət edib Azərbaycan bayrağını orada asacağıq. Biz harada yaşadığımızdan asılı olmayaraq unutmamalıyıq ki, böyük bir xalqın nümayyəndəsiyik, bu xalqın tarixini, mədəniyyətini və həqiqətlərini mükəmməl şəkildə bilməliyik ki, nəsillərə çatdıraq və digər millətlərə də tanıdaq"- Əliyeva vurğulayıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayyəndəsi Qurban Abbasov isə çıxışında Şuşanın tarixi haqqında ətraflı danışaraq azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacib olduğunu vurğulayıb.

SOCAR-Georgianın əməkdaşı Orxan Həsənov isə qeyd edib ki, Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərinin cəmiyyətə çatdırılmasında xaricdə yaşayan azərbaycanlı gənclərin üzərinə daha çox məsuliyyət düşür. Ona görədə biz tariximizi mükəmməl bilməliyik.

Tədbirdə Qarabağ müharibəsindən bəhs edən Aqil Abbasın romanın motivləri əsasında ekrana alınan "Dolu" filmi Marneulidə ilk dəfə təqdim olunub. Qeyd edək ki, filmin Gürcüstanın müxtəlif regionlarında gürcü subtitrləri ilə təqdimatı SOCAR-Georgia tərəfindən nümayiş olunub.

Film gənclər tərəfindən maraq və izdihamla qarşılanıb. "Burada Marneulidən, Bolnisidən, Qardabanidən və digər rayonların və kəndlərindən gələn gənclər bu filmi izləyərkən vətənpərvərlik hissi keçiriblər. Biz arzu edərdik ki, bu cür filmlər tez-tez nümayiş olunsun, bizim üçün öz milli tariximizi bilmək çox vacibdir"- Xaləddin Bilalov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti