...

Millət vəkili İsmayıllıda seçicilərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 17 May 2013 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Mayın 16-da Milli Məclisin deputatı Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna gedib. İsmayıllı şəhərində yerləşən Gənclər mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, ombudsman Elmira Süleymanova və millət vəkili Novruz Aslanov rayon ictimaiyyəti ilə görüş keçiriblər.

Görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, bəzi problemlər barədə məsələlər qaldırılıb və ombudsmana müraciətlər edilib.

Tədbirdən sonra millət vəkili İsmayıllı şəhərindəki ofisində sakinləri fərdi qaydada qəbul edib. Sakinlər əsasən, sosial məsələlərlə bağlı problemlərini deputatın diqqətinə çatdırıblar. Müalicə və məişət məsələləri də bu sıradan olub. Bir neçə məişət problemi ilə bağlı məsələ yerindəcə öz həllini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti