...

Azərbaycanda 250 məhkum cəzalarının çəkilməmiş hissəsindən azad edilib

Cəmiyyət Materials 20 May 2013 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində daha 92 nəfər məhkuma amnistiya qərarı tətbiq olunub.

Beləliklə, mayın 20-dək Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə amnistiya qərarı 250 nəfər məhkuma şamil edilərək, cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti