...

Mayın 26-dan «Azərbaycan Dəmir Yolları» sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişiklik ediləcək

Cəmiyyət Materials 21 May 2013 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 26-dan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin respublikadan kənara və respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcək.

Cəmiyyətdən çərşənbə axşasmı Trend-ə verilən məlumata görə, 55/56 saylı Bakı-Moskva sürət qatarı - həftədə bir dəfə "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus heyətlə Bakıdan III günlər saat 21.55-də yola düşəcək. Qatar Kurskaya (Moskva) stansiyasına həftənin VI günlər saat 4.15-də çatacaq və həmin gün saat 16.49-da yola düşəcək.

Vaqonlar təmirdən qayıtdıqdan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus heyətlə ikinci qatar Bakıdan həftənin bazar günləri yola duşəcək.

95/96 saylı Bakı-Moskva sürət qatarı - həftədə iki dəfə Rusiya Dəmir Yollarına məxsus heyətlə Bakıdan həftənin I və V günləri saat 21.55-də yola düşəcək.

Qatar Kurskaya stansiyasına (Moskva) həftənin I, IV günləri saat 4.15-də çatacaq. Moskvadan qatar həftənin II, V günləri saat 16.49-da yola düşəcək.

369/370 saylı Bakı-Xarkov sərnişin qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus heyətlə dörd gündən bir hərəkət edəcək.

373/374 saylı Bakı-Tümen sərnişin qatarı "Rusiya Dəmir Yolları"na məxsus heyətlə günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

Qatarın tərkibində Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı qoşma vaqonlar və yay mövsümündə Novosibirsk-Bakı birbaşa vaqonu olacaq.

391/392 saylı Bakı-Rostov sərnişin qatarı "Şimali Qafqaz Dəmir Yolu"na məxsus heyətlə dörd gündən bir hərəkət edəcək.

38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı öz hərəkət cədvəli və sxemi üzrə hər gün hərəkət edəcək.

96/97 saylı Bakı-Ağstafa qatarı yeni hərəkət cədvəlində yeni 98/97 nömrə ilə işləyəcək.

Yerli istiqamətdə hərəkət edən digər sərnişin qatarları öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti