...

Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırıldı

Cəmiyyət Materials 31 May 2013 13:26 (UTC +04:00)
Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırıldı. Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının son plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılıb. Əvvəl bu cərimələr 20-45 manat miqdarında idi.
Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırıldı

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırıldı. Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının son plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılıb. Əvvəl bu cərimələr 20-45 manat miqdarında idi.

Digər dəyuişikliyə görə, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər 200 manat miqdarında cərimə nəzərdə tutur (əvvəl 5-20 manat idi).

Bu cərimələr, həmçinin ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlərlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması (devokalizasiya), dırnaq və dişlərinin çıxarılmasına görə də tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik qüvvəyə mindikdən sonra ev heyvanlarını saxlayan şəxslər həmin heyvanlara müvafiq qayğıların göstərilməməsinə görə də 200 manat cərimələnəcəklər.

Məcəlləyə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti