...

Ədəbiyyat İnstitutu: “Xalidə Xalidin işə nə zaman gələcəyi hələlik bilinmir”

Cəmiyyət Materials 12 İyun 2013 14:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin işə nə zaman gələcəyi hələlik bilinmir.
Ədəbiyyat İnstitutu: “Xalidə Xalidin işə nə zaman gələcəyi hələlik bilinmir”

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin işə nə zaman gələcəyi hələlik bilinmir. Trend-in məlumatına görə, bunu jurnalistlərə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli deyib.

O bildirib ki, institutun elmi işçisi Xalidə Xalid hazırda istirahət edir: "Hələlik onun nə zaman instituta qayıdacağı və elmi fəaliyyətlə məşğul olacağı bilinmir. Hələ ki o instituta gəlmədiyindən bir söz deyə bilmərik. Hələlik onunla bağlı heç bir qərar olmayıb".

Qeyd edək ki, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da İranda həbs olunublar. Onların hər ikisi iyunun 6-da Azərbaycana qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti