...

Bakıda 9 gün əvvəl 13 yaşlı qızı öldürən sürücü cinayət məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 18 İyun 2013 16:01 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər prokurorluğu paytaxtın Azadlıq meydanında 9 gün əvvəl idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı 13 yaşlı qızı vuraraq öldürən sürücünün cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı birgə məlumat yayıb.
Bakıda 9 gün əvvəl 13 yaşlı qızı öldürən sürücü cinayət məsuliyyətinə cəlb olunub

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İzzət/

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər prokurorluğu paytaxtın Azadlıq meydanında 9 gün əvvəl idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı 13 yaşlı qızı vuraraq öldürən sürücünün cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı birgə məlumat yayıb.

Trend Baş Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus "Mercedes Benz" markalı, "90-FL-003" dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti