...

Türkiyənin Adana şəhərində aksiya keçirilib, saxlanılanlar var

Cəmiyyət Materials 24 İyun 2013 00:54 (UTC +04:00)
Türkiyənin Adana şəhərində Gezi parkındakı hadisələrlə əlaqədar yürüş etmək üçün toplaşan bir qrupa polis müdaxilə edib.
Türkiyənin Adana şəhərində aksiya keçirilib, saxlanılanlar var

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Türkiyənin Adana şəhərində Gezi parkındakı hadisələrlə əlaqədar yürüş etmək üçün toplaşan bir qrupa polis müdaxilə edib.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, İstanbulun Gezi parkındakı hadisələrə etiraz edən bir qrup İnönü parkında toplaşaraq Atatürk parkına yürüş etmək istəyib. Polisin yürüşün icazəsiz olması səbəbindən xəbərdarlıq etməsinə baxmayaraq, aksiyaçılar yürüşə davam etmək istəyiblər. Bundan sonra polis aksiyanı dağıtmağa başlayıb.

Qısa müddət davam edən qarşıdurmadan sonra 12 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti