...

Avropa Sosial Xartiyası ilə bağlı əlavə protokolun ratifikasiyası məsələsi müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 9 İyul 2013 14:45 (UTC +04:00)
İyulun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Sosial Xartiyasının kollektiv şikayətlər sistemini təmin edən əlavə protokolunun ratifikasiyası məsələsinin müzakirəsi məqsədilə seminar keçirilib.
Avropa Sosial Xartiyası ilə bağlı əlavə protokolun ratifikasiyası məsələsi müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İyulun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Sosial Xartiyasının kollektiv şikayətlər sistemini təmin edən əlavə protokolunun ratifikasiyası məsələsinin müzakirəsi məqsədilə seminar keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Avropa Şurasının Avropa Sosial Xartiyası və Avropa Sosial Təminat Məcəlləsi Departamenti ilə birgə təşkil olunan seminarda aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Arif Hüseynov insan hüquq və azadlıqlarının təminatı sahəsində Azərbaycanın mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının ayrı-ayrı maddələrinin Azərbaycan tərəfindən ratifikasiya edilməsinin bu əməkdaşlıqda bir təməl rolunu oynadığını deyib. Qeyd olunub ki, həmin maddələrdə müəyyən edilmiş hüquqların milli qanunvericilikdə əksini tapması və həyata keçirilməsi ilə bağlı respublika hökuməti fəal siyasətə malikdir.

Hazırkı seminarda məqsəd Avropa Sosial Xartiyası ilə bağlı kollektiv şikayətlər sistemini təmin edən əlavə protokolun ratifikasiyasını təşviq etmək, həmçinin Xartiyanın ratifikasiya Azərbaycanda tətbiqi sahəsində ndə mövcud uyğunsuzluqları müzakirə etməkdir.

Tədbirdə Avropa Şurasının Avropa Sosial Təhlükəsizlik Məcəlləsi və Avropa Sosial Xartiyası şöbəsinin administratoru xanım Ana Qomezin, ayrı-ayrı beynəlxalq və yerli ekspertlərin çıxışları dinlənilib, qeyd edilən protokolun mahiyyəti və tələbləri barədə məlumatlar verilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 18 maddəsi 06 yanvar 2004-cü il tarixdə Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilib. Həmin maddələr əmək, peşə yönümü, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə sahəsində bərabər imkanlar və münasibətlər, əmək müqaviləsinə xitam verilən zaman müdafiə, səhhətin müdafiəsi, sosial rifah xidmətlərindən yararlanmaq və digər hüquqları təsbit edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti