...

Bakı ətrafı ərazilərdə mina və partlamamış hərbi sursatların təmizləməsi üzrə xüsusi qrup yaradılıb

Cəmiyyət Materials 12 İyul 2013 13:41 (UTC +04:00)
Bakı ətrafı ərazilərdə mina və partlamamış hərbi sursatların təmizləməsi üzrə xüsusi qrup yaradılıb.
Bakı ətrafı ərazilərdə mina və partlamamış hərbi sursatların təmizləməsi üzrə xüsusi qrup yaradılıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/

Bakı ətrafı ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi üzrə xüsusi qrup yaradılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib.

Agentliyin direktoru qeyd edib ki, Azərbaycanda Sovet Ordusundan qalmış Sitalçay hərbi poliqonunun ərazisində, o cümlədən Bakı ətrafı ərazilərdə təmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün xüsusi qrup yaradılıb: "Ümumiyyətlə, ANAMA Bakı ətrafı bölgələrdə bir neçə sahədə əməliyyat aparır. Xüsusi qrup Güzdəkdə, Sitalçayda, Ekologiya və Təbii Sərvətlər Nazirlyinin xahişi ilə palçıq vulkanları, "Təmiz Şəhər" ASC Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda, o cümlədən sifarişlə bir sıra digər yerlərdə fəaliyyət göstərir".

O, bildirib kii, ANAMA bir ilə yaxındır ki, NATO-nun dəstəyi ilə Ağstafa rayonunda Ceyrançöl ərazisində mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi layihəsini həyata keçirir. Bu layihənin birinci fazası hələ 1 il də davam etdiriləcək, daha sonra növbəti fazaya start veriləcək:

"Orda 2-ci və 3-cü fazanın da həyata keçirilməsi nəzərdə tutulur. 2-ci fazanın həyata keçirilməsi müzakirə olunub və hökumət səviyyəsində razılıq verilib. Tapşırılıb ki, ANAMA NATO-nun NSP agentliyi ilə birgə 2-ci fazanı həyata keçirsin. Həmin faza da 2013-cü ilin iyul ayında başlayacaq. 2-ci faza da təxminən 2 il davam edəcək, ondan sonra isə 3-cü fazaya start veriləcək. Bu, 6 illik böyük bir layihədir. Onun həyata keçirilməsi nəticəsində Ağstafa rayonunda 60 milyon kvadrat metr ərazisi minalardan təmizlənib istifadəyə veriləcək."

İsmayılovun sözlərinə görə, agentlik hər ay təxminən 2 - 2,2 milyon kvadrat metr ərazini təmizləyir. 2012-ci ildə onminlərlə mina və partlamamış hərbi sursat aşkar edilib.

Ötən ay yalnız Ceyrançöldə 1500-ə yaxın ayrı-ayrı növlərdə sursatlar aşkar edilib. Bundan başqa, minalanmış sahələrdə tank və piyadalar əleyhinə minalar tapılır. Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki çaylar ətrafında isə çay sularının axarla gətirdiyi tank və piyadalar əleyhinə minalar aşkar edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti