...

Bu ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılıb

Cəmiyyət Materials 15 İyul 2013 11:44 (UTC +04:00)
DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə bildirblər ki, cari ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.
Bu ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Bu ilin 6 ayı ərzində Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artıb.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə bildirblər ki, cari ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.

2013-ci il iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ümumilikdə 2 581 586 nəfər təşkil edir ki, onların 58,6 faizi kişi, 41,4 faizi qadındır.

2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,5 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,3 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,5 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,8 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti