...

Gəncə-Qazax magistralında 16 sərxoş sürücü saxlanılıb

Cəmiyyət Materials 15 İyul 2013 13:51 (UTC +04:00)
Bakı-Qazax magistralında və Şəmkir-Gədəbəy yolunda reyd keçirilib.
Gəncə-Qazax magistralında 16 sərxoş sürücü saxlanılıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/

Bakı-Qazax magistralında və Şəmkir-Gədəbəy yolunda reyd keçirilib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Daxili İşlər Nazirliyindən verilən müvafiq göstərişə əsasən, həftənin şənbə və bazar günləri yol polisi əməkdaşları qərb bölgəsində reydlər keçiriblər.

Respublika əhəmiyyətli Bakı-Qazax magistralında, eləcə də Şəmkir-Gədəbəy yolunda keçirilən yoxlamalar zamanı maraqlı anlar yaşanıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının xidməti ərazisində keçirilən reyd zamanı sərxoş sürücülərin sayı çoxluq təşkil edib. Daha çox qayda pozuntusu isə Tovuz və Qazax rayonları ərazisində aşkarlanıb. Həmişə olduğu kimi, bu dəfə də sərxoş sürücülər polisin "saxla" əmrinə tabe olmayıblar. Bəzi hallarda sürücüdən çox onun sərnişinləri polisə müqavimət göstərməyə çalışıblar.

Ümumilikdə iki gün ərzində Gəncə-Qazax magistralında keçirilən reydlər zamanı yol hərəkəti qaydasını pozan 383 sürücüyə inzibati protokol yazılıb, onlardan 16 sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün barəsində daha ciddi tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti