...

Bakının bəzi yerlərində ət kəsimi düzgün aparılmır

Cəmiyyət Materials 18 İyul 2013 14:53 (UTC +04:00)
Bakıda cəmi 3-4 yerdə ət kəsiminin aparılması üçün rəsmi qaydada icazə verilib.
Bakının bəzi yerlərində ət kəsimi düzgün aparılmır

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda cəmi 3-4 yerdə ət kəsiminin aparılması üçün rəsmi qaydada icazə verilib.

Trend-in məlumatılna görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Ölkədə mövcud sanitar vəziyyəti və görülən tədbirlər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Sanitar bildirib ki, bu gün paytaxtın bəzi küçə və meydançalarında, ayrı-ayrı inzibati ərazilərində kəsim işləri düzgün aparılmır:

"Bəzən insanlar müsəlmançılığa əsasən gözləri qarşısında açıq şəkildə kəsilən heyvanların ətini yediklərini bəhanə edirlər. Əfsuslar olsun ki, belə olmamalıdır. Hər bir kəsimə gətirilən heyvan müvafiq nəzarətedici orqanların müayinəsindən keçməlidir. Sonra ayrıca kəsim sahələrində bu kəsim aparıldıqdan sonra ət satışı ilə məşğul olan mağaza və ya dükanlara gətirilə bilər. Ötən il mərkəz tərəfindən aparılmış monitorinqlər nəticəsində 61 ət satışı mağazası qanunsuz kəsim apardığına və sanitar normalara cavab vermədiyinə görə cərimə olunub".

Şöbə müdiri qeyd edib ki, müvafiq dövlət proqramında paytaxtın hər bir inzibati rayonu ərazisində ət kəsiminin təşkil olunması üçün ayrıca torpaq sahəsinin ayrılması və bu ərazilərdə sallaqxanaların yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə,, hələlik istiqamətdə 1-2 rayondan başqa sallaqxanaların açılması ilə bağlı müraciətlər edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti