...

Azərbaycanda ali hərbi məktəblərə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 30 İyul 2013 17:07 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən, Azərbaycanın ali hərbi məktəblərinə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edir.
Azərbaycanda ali hərbi məktəblərə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən, Azərbaycanın ali hərbi məktəblərinə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edir.

TQDK-dan Trend-ə verilən məlumata görə, Müsabiqədə I, II və III ixtisas qrupları üzrə mülki ali məktəblərə keçirilən test imtahanlarında iştirak etmiş və ümumi balı 150 və daha yüksək olan yalnız Azərbaycan bölməsinin abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 2013-cü il iyulun 31-dən avqustun 6-dək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18, əlaqə telefonu: 479-78-40) təqdim etməlidirlər.

Dövlət Komissiyası, həmçinin Dövlət Sərhəd Xidməti Akademiyasının müraciətinə əsasən, həmin təhsil müəssisəsində təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edir.

Müsabiqədə I ixtisas qrupu üzrə test imtahanında iştirak etmiş və ümumi balı 250 və daha yüksək olan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər 2013-cü il iyulun 31-dən avqustun 6-dək Dövlət Sərhəd Xidməti Akademiyasına (ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 30) müraciət etməlidirlər.

Qeyd edək ki, müsabiqə nəticəsində Dövlət Sərhəd Xidmətinin Akademiyasına və ali hərbi məktəblərə qəbul olanlar mülki ali məktəblərin müsabiqəsində iştirak etmək hüququnu itirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti