...

Azərbaycanda 360-dan çox cinayətkar qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 31 İyul 2013 17:00 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci yarısında 360-dan çox cinayətkar qrup zərərsizləşdirilib.
Azərbaycanda 360-dan çox cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bu ilin birinci yarısında 360-dan çox cinayətkar qrup zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ötən ilin 6 ayı ilə müqayisədə cinayətlərin açılması yaxşılaşaraq 87,4 faiz təşkil edib, açılmış cinayətlərin sayı 14,4 faiz və ya 1379 fakt çox olub.

Cinayətkar qrup və dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə 1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayət açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti