...

Ramazan bayramında bəzi avtobuslarda gediş haqqı pulsuz olacaq (SİYAHI)

Cəmiyyət Materials 5 Avqust 2013 15:14 (UTC +04:00)
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibətilə sosial aksiyaya start verib.
Ramazan bayramında bəzi avtobuslarda gediş haqqı pulsuz olacaq (SİYAHI)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibətilə sosial aksiyaya start verib.

NİİM-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ramazan bayramının ilk günü - avqustun 8-də saat 06:00-dan 24:00-a qədər Bakıda ictimai nəqliyyat xidmətləri pulsuz olacaq. Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər.

Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək. Bu aksiya ilk dəfə olaraq NİİM tərəfindən həyata keçirilir. Mərkəz bu kimi aksiyaların davamlı olacağına və gələcəkdə də ənənə halını alacağına ümid edir. NİİM-in bu təşəbbüsünü "Transqeyt" MMC və "Çinar Trans" MMC dəstəkləyərək aksiyaya qoşulub.

Qeyd edək ki, sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər:

-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, -202-

Məqalədə:
Xəbər lenti

Xəbər lenti