...

Geologiya İnstitutundakı mərkəzin bazası yenilənir

Cəmiyyət Materials 16 Avqust 2013 14:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda yerləşən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Haqqında Muqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası müasir tələblərə uyğunlaşdırılır.
Geologiya İnstitutundakı mərkəzin bazası yenilənir

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda yerləşən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Haqqında Muqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası müasir tələblərə uyğunlaşdırılır.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, quruma ABŞ istehsalı olan "Lenovo Thinkstation" və "IBM" markalı avadanlıqlar sistemi alınıb. Yeni elektron sistemin mərkəzdə geofiziki məlumatların təhlili üçün imkanları genişləndirəcək, CTBTO-nun Avstriyanın paytaxtı Vyanada yerləşən mərkəzi ofisi ilə əlaqəni texniki baxımdan daha da sürətləndirəcək.

2003-cü ildə təşkil olunmuş Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirovdur. Qurumun rəhbərinin müavini - geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev bildirir ki, yeni sistemin dəyəri 24 min avrodan çoxdur. Hazırda sistem CTBTO-nun mərkəzi ofisinin mütəxəssisi Dale Roblin tərəfindən quraşdırılır. Sistemin quraşdırılması mərhələ şəkilində həyata keçirilir, beynalxalq şəbəkəyə bağlantısı yaxın ayda CTBTO-nun digər qrupu tərəfindən təmin ediləcək.

Mərkəzin əməkdaşları xarici ölkələrdə vaxtaşırı təşkil olunmuş təlim kurslarında iştirak edir, qurumun fəaliyyətinə dair xüsusi tədqiqat metodlarını mənimsəyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti