...

Ali məktəblərə qəbul olanların qeydiyyatının aparılma tarixi açıqlandı

Cəmiyyət Materials 19 Avqust 2013 10:26 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsələrində qeydiyyatı proseduruna sabahdan başlanılır.
Ali məktəblərə qəbul olanların qeydiyyatının aparılma tarixi açıqlandı

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İsabalayeva/

2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsələrində qeydiyyatı proseduruna sabahdan başlanılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, qeydiyyat avqustun 29-da yekunlaşacaq.

Abituriyentlər həmin müddətdə sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, avqustun 18-dən başlayaraq, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə ixtisas seçimi aparılır. İxtisas seçimi avqustun 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti