Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/
Sentyabrın 17-də Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 6 nəfər ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, respublikanın avtomobil yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Ötən gün ərzində daxili işlər orqanları tərəfindən 50 cinayət faktı qeydə alınıb ki, onların da 25-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətdiklərinə görə 35 nəfər tutulub.