...

Azərbaycanın orta məktəblərində hərbi fənnin tədrisi vəziyyəti yoxlanılacaq

Cəmiyyət Materials 25 Sentyabr 2013 14:24 (UTC +04:00)
Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi vəziyyətinin monitorinqi aparılacaq.
Azərbaycanın orta məktəblərində hərbi fənnin tədrisi vəziyyəti yoxlanılacaq

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində orta məktəblərdə "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi vəziyyətinin monitorinqini aparacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, monitorinqlər nəticəsində təkliflər hazırlanacaq.

Orta məktəblərdə "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin səmərəli tədrisinin təmin olunması üçün bır sıra tədbirlər də müəyyənləşdirilib. Həmin tədbirlərə uyğun olaraq, bu dərs ili ərzində məktəblərin hərbi hissələrlə əməkdaşlığı gücləndiriləcək, şagirdlərin hərbi xidmət həyatı ilə tanış olmalarına hərtərəfli şərait yaradılacaq.

Bundan əlavə, "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən müəllimlər ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb ediləcək. Bütün tam orta məktəblərdə, bir qayda olaraq, hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, fənnin tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaq nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti