...

H.Z.Tağıyev-çeşidləmə stansiyasının ərazisində mülki müdafiə təlimi kecirilib (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2013 11:31 (UTC +04:00)
H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində dəmir yolu qovşağı üzrə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.
H.Z.Tağıyev-çeşidləmə stansiyasının ərazisində mülki müdafiə təlimi kecirilib (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində dəmiryol qovşağı üzrə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərlərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin təşkilatçılığı ilə keçirilən təlimdə dəmiryol qovşağının obyekt rəhbərləri, rayon və qovşaq Fövqəladə hallar komissiyasının üzvləri, MM qüvvələri iştirak ediblər.

Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun və baş texniki müfəttiş Oqtay Abbasovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib. H. Z. Tağıyev-çeşidləmə stansiyasının ərazisində keçirilən təlim həyəcan siqnalının verilməsi ilə başlayıb.

Qovşaq rəhbəri, Z. Tağıyev-çeşidləmə stansiyasının rəisi Tahir Əliyev məlumat verib ki, şərti olaraq səhər saatlarında stansiyanın ərazisində 6,5 bal gücündə zəlzələ baş verib. Dəmiryol qovşağına dağıdıcı zəlzələ təsirsiz ötüşməyib. Zəlzələ nəticəsində stansiyanın ərazisində dayanmış 1 yük və 1 sərnişin vaqonu relsdən çıxıb və hər iki vaqonda yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var. Stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olub.

Təhlükəsizlik komandasının ictimai asayişi mühafizə qrupu ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördü. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verilib. Müvəqqəti rabitə bərpa edilib. Bərpa işləri başa çatandan sonra hər bir qrup və manqa komandirləri MM Qərargah rəhbərinə məruzə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti