...

“Kapital Bank” ASC Daşkəsən filialında baş vermiş pozuntulara aydınlıq gətirdi

Cəmiyyət Materials 6 Noyabr 2013 12:24 (UTC +04:00)
"Kapital Bank"ın Daşkəsən rayon filialının bir neçə əməkdaşı barəsində 2012-ci ildə açılmış cinayət işinin istintaqının yekunlaşması barədə yayılan məlumatlara bankın mətbuat xidmətindən münasibət bildirilib.
“Kapital Bank” ASC Daşkəsən filialında baş vermiş pozuntulara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Kapital Bank"ın Daşkəsən rayon filialının bir neçə əməkdaşı barəsində 2012-ci ildə açılmış cinayət işinin istintaqının yekunlaşması barədə yayılan məlumatlara bankın mətbuat xidmətindən münasibət bildirilib.

"Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, filialın fəaliyyətində yol verilmiş pozuntu halları 2012-ci ildə burada keçirilmiş yoxlama zamanı "Kapital Bank" ASC-nin auditorları tərəfindən aşkar olunub.

Müştərilərin mənafeyi öndə tutularaq, ilk növbədə, onlara dəymiş zərərlər ödənib. Eyni zamanda, vəzifələrindən sui-istifadə etmiş şəxslər barəsində hüquqi ölçü götürülməsi məqsədilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Mətbuat xidmətindən o da bildirilib ki, "Kapital Bank" ASC-də bu cür əməliyyat risklərinin minimuma endirilməsi məqsədilə mütəmadi tədbirlər görülür. Bu sahədə tətbiq edilən mexanizmlər dünya təcrübəsinə uyğun təkmilləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti